Təsviri

Müvafiq, effektiv tənzimləmə yaşıl iqtisadi inkişafa daha geniş keçidi dəstəkləməklə bütün ölçülərdən olan müəssisələrin öz ekoloji göstəricilərini yaxşılaşdırmalarını təmin edir. Bu iş sahəsi, biri iri sənaye müəssisələrini, digəri isə kiçik və orta müəssisələri (KOM-lar) hədəf alan iki fərqli istiqaməti əhatə edir. İri müəssisələrin daha yaxşı ekoloji göstəricilərini dəstəkləmək üçün İƏİT, Aİ-nin Sənaye Emissiyaları üzrə Direktivindən (IED) götürülən Ən Yaxşı Mövcud Texnologiyalar(ƏMT) yanaşmasının tətbiqi ilə bağlı təhlilin aparılmaısnı və potensialın gücləndirilməsini təmin edir. KOM-larla yanaşı, şirkətlərin sayı və ətraf mühit riskinin qeyri-bərabərliyi tənzimləməni çətinləşdirir. İƏİT, konkret fəaliyyətlər üçün Ümumi Məcburi Qaydaların (ÜMQ-lər) işlənib hazırlanmasına analitik və potensialın gücləndirməsi dəstəyi göstərir, eləcə də ölkənin tələbatına əsaslanaraq KOM-ların ekoloji göstəricilərini və iqtisadi rəqabət qabiliyyətlərinin yaxşılaşdırılmasına kömək edəcək alətlərlə təmin edir.

Bu iş İƏİT tərəfindən həyata keçirilir.

Xəbərlər bülleteni

Aylıq xəbərlər bülletenimizə abunə olmaqla ən son xəbərlərimiz, hesabatlarımız və təhlillərimiz barədə məlumatlı olun.

Abunə olun