Bir baxış

Proqramın adı: “European Union for Environment” (EU4Environment) Fəaliyyəti
Məqsədi: Ekoloji fəaliyyətləri dəstəkləməklə, yaşıl inkişaf imkanlarını nümayiş etdirməklə və rəvac verməklə, ekoloji risk və təsirlərin daha yaxşı idarə olunması üçün mexanizmləri müəyyənləşdirməklə altı tərəfdaş ölkənin təbii sərvətlərini qorumağa və əhalinin rifahını yaxşılaşdırmağa kömək etmək.
Tərəfdaş ölkələr: Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası, Ukrayna
Müddəti: 2019-2022
Büdcə: Təxminən 20 milyon Avro (Aİ-nin töhfəsi: 19.5 milyon Avro)
İcraçı tərəfdaşlar: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), BMT-nin Ətraf mühit Proqramı, BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Dünya Bankı
Ümumi istiqamət: Avropa Komissiyası. EU4Environment layihəsi Aİ Təşəbbüsünün bir hissəsidir.

Kontekst

EU4En Environment layihəsi Şərq Tərəfdaşlığı Zirvə toplantısının 10-cu ildönümünün əhəmiyyətli siyasi konteksti kimi irəli sürülmüş, “2020-ci il üçün 20 məqsədə” doğru irəliləyişi göstərmiş və Aİ-nin, Avropa seçkilərindən sonra ətraf mühitin qorunması hədəflərinə olan dəstəyini gücləndirmişdir. Onun tətbiqi həm də ŞT ölkələrindəki siyasi mühitlə bağlı olmuşdur. Buraya hökumətin yenidən qurulması və ya Parlament seçkiləri nəticəsində Ermənistan, Gürcüstan, Moldova və Ukraynada baş verən mühüm siyasi və institusional dəyişikliklər daxildir. EU4Environment layihəsinin Hazırlıq və İlkin Mərhələsi (2019-cu ilin yanvar-oktyabr ayları) Fəaliyyətin vaxtında, müvafiq və son dərəcə zəruri olduğunu göstərdi.

Ekoloji və iqtisadi iştirakçıları bir araya gətirməklə, “EU4Environment” layihəsi siyasət və qanunvericilikdə dəyişikliklərin edilməsinə, yaşıllaşdırma ilə bağlı planların qurulub investisiyaların yatırılmasına, innovativ texnologiyaların qəbulunun situmullarşdırılmasına, yeni biznes modellərinin qəbuluna, “yaşıl” iş yerlərinin yaradılmaısna kömək edir. Bu layihə, eyni zamanda, daha yaxşı idarəetməni, mühafizə olunan ərazilərin, meşələrin və davamlı ticarətin təkmilləşdirilmiş idarəetmə sistemini təşviq edir. Bu Fəaliyyətin əhatə dairəsi bütün tərəfdaş ölkələrlə əməkdaşlıq etməklə müəyyən edilmişdir.

Bu Fəaliyyət Şərq Qonşuluğunda Yaşıl İqtisadiyyat (EaP GREEN), Meşə Qanunvericiliyinin Tətbiqinin Təmin olunması və İdarə edilməsi (FLEG), və Zümrüd Şəbəkəsi, (2017-2018-ci ildə başa çatdırılıblar) kimi əvvəlki əməkdaşlıq proqramlarının mühüm nailiyyətlərinə əsaslanır. O, Aİ-nin maliyyələşdirdiyi digər təşəbbüslərlə (EU4Climate, EU4Business, EU4Energy, SIGMA) qarşılıqlı fəaliyyəti, Avropa İttifaqı Nümayəndəlikləri ilə əməldaşlığı və vətəndaş cəmiyyətinin iştirakını təmin edəcəkdir.

Məqsəd və struktur

“European Union for Environment” (EU4Environment) Fəaliyyəti, “Nəticələr” adlanan beş tematik sahə / iş qrupu ətrafında qurulub:
  • Daha yaşıl qərar qəbuletmə;
  • Dövri iqtisadiyyat və yeni inkişaf imkanları;
  • Ətraf mühit baxımından bərabər şərait;
  • Ekosistem xidmətləri və gəlir mənbələri;
  • Regional bilik mübadiləsi və əlaqələndirmə.
Hər bir Nəticə, Fəaliyyətin əsas rəhbər sənədləri olan iş planlarında və Fəaliyyətin Təsvirində göstərildiyi kimi ölkəyə və regiona aid fəaliyyətlərə dair bir sıra nəticələri ehtiva edir.

İcraçı tərəfdaşlar

Üç BMT agentliyi (BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf mühit Proqramı, BMT-nin Sənaye İnkişafı Təşkilatı) 1-ci və 2-ci Nəticələr üzrə icraçı təşkilatlardır. İƏİT 3-cü və 5-ci Nəticələr üzrə və Dünya Bankı isə 4-cü Nəticə üzrə icraçı təşkilatdır. İƏİT, həmçinin tərəfdaşlar arasında qarşılıqlı əlaqəni təmin edir və ünsiyyət və məlumatlandırma fəaliyyətlərini əlaqələndirir.

Maraqlı tərəflər

EU4En Environment həm regional, həm də milli səviyyədə fəaliyyət göstərir. O əsas diqqətini ilk növbədə ŞT ölkələrindəki dövlət orqanlarına yönəldir, eyni zamanda vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektorla sıx əməkdaşlıq edir. Fəaliyyətin əsas milli tərəfdaşları və benefisiarları altı ŞT ölkəsinin Ətraf Mühit və İqtisadiyyat nazirlikləridir. Onun fəaliyyətlərində Maliyyə və Energetika nazirlikləri, satınalma agentlikləri, milli statistika idarələri və digər aidiyyəti Nazirliklər daxil olmaqla, hökumətin müxtəlif qurumları iştirak edir.

Xəbərlər bülleteni

Aylıq xəbərlər bülletenimizə abunə olmaqla ən son xəbərlərimiz, hesabatlarımız və təhlillərimiz barədə məlumatlı olun.

Abunə olun