Təsviri

2014-cü ildə Ukrayna-Aİ Assosiasiyası Sazişinin imzalanması və onun icrası (xüsusilə də, İqtisadi və Sektor Əməkdaşlığı bölməsinin) üçün 2014-2017-ci il tarixli tədbirlər planının qəbul edilməsi, habelə Aİ-nin enerji, ətraf mühit və texniki təlimatlarla bağlı direktivlərinin və qaydalarının həyata keçirilməsinə dair planların təsdiqlənməsi Ukraynanın Avropa yaşıl inkişaf modelinə keçməsinə yönəldilmişdir. Hər iki strateji sənədi dəstəkləməyi hədəfləyən Nazirlər Kabinetinin 2016-cı il üçün Tədbirlər Planı ölkədə iqtisadiyyatın yaşıl transformasiyasına yönəlmiş hərtərəfli tapşırıqlar paketini özündə cəmləşdirir.

EU4En Environment, Ukraynaya yaşıl iqtisadiyyat siyasətlərini hazırlamaqda, KOM fəaliyyətlərində Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalı (RECP) tətbiq etməkdə, yaşıl məhsulların təşviqində, dövlət satınalmalarında və eko-etiketlənmədə, uyğunluq təminatının artırılmasında, inzibati potensialın gücləndirilməsində və Yaşıl İnkişaf Göstəricilərinin (YİG-lər) işlənib hazırlanmasında köməklik edir.

Xəbərlər bülleteni

Aylıq xəbərlər bülletenimizə abunə olmaqla ən son xəbərlərimiz, hesabatlarımız və təhlillərimiz barədə məlumatlı olun.

Abunə olun