Yaşıl innovasiya
Təsviri
Eko-innovasiya, şirkətlərə resurslardan istifadənin azaldılmasında, materialların bərpasında və tullantıların minimuma endirilməsində, eləcə də məhsul və/və ya xidmət müddətlərinin uzadılmasında kömək edən biznes yanaşmasıdır. Aİ Ətraf Mühit Naminə, tərəfdaş ölkələrdəki kiçik və orta müəssisələrə dəyər zəncirləri boyunca eko-innovasiya potensialının qiymətləndirməsində, eləcə də öz ekoloji göstəricilərini, bazar mövqelərini, müştəri bazalarını və ümumi rəqabət qabiliyyətlərini gücləndirmək üçün innovativ, perspektivli strategiyaların işlənib hazırlanmasında kömək edir.
Bu iş BMT-nin Ətraf mühit Proqramı tərəfindən həyata keçirilir.