Təsviri

Yaşıl Məhsullar üçün Vahid Bazar (YMVB) təşəbbüsü, məhsulun istifadə müddəti baxımından istehsalın optimal resurs istehlakını və ekoloji təsirini müəyyənləşdirmək üçün lazım olan metodologiyalara istinad edir. Bu mənada Aİ Ətraf Mühit Naminə, məhsullarını ətraf mühitə uyğun olaraq bir çox bazarda (xüsusən Aİ-də) satmaq istəyən şirkətlərə Məhsulun Ekoloji Təsirini (MET) qiymətləndirən praktik yanaşmadan istifadə etmək üçün imkanlar təqdim edir. MET-ə əsaslanaraq təşəbbüs, tərəfdaş ölkələrin sənayelərinə dövri iqtisadiyyata və yeni inkişaf imkanlarına nail olmaq üçün vacib olan ekoloji göstəricilərin ölçülməsinin ümumi yolunu təqdim edir.

Dayanıqlı dövlət satınalmaları, daha dayanıqlı məhsul və xidmətlərin satın alınmasını və istehsalını təşviq etməklə bazarları dəyişdirmək üçün böyük potensiala malikdir. Aİ Ətraf Mühit Naminə, eko-etiketlər kimi dayanaqlı dövlət satınalma siyasətlərini və alətlərini işləyib hazırlamaq və həyata keçirmək üçün siyasət quranların və satınalan qurumların potensialını gücləndirir. O, həmçinin özəl müəssisələri dövlətin satınalma tenderlərinin dayanıqlıq meyarlarına daha yaxşı cavab verməyə hazırlayır.

Bu iş BMT-nin Ətraf mühit Proqramı və BMT-nin Sənaye İnkişafı Təşkilatı tərəfindən həyata keçirilir.

Xəbərlər

Əlavə materiallar

Xəbərlər bülleteni

Keep up to date with our latest news, reports and analysis by subscribing to our monthly newsletter.

Abunə olun