Təsviri

İqtisadi inkişafın ətraf mühitə və sağlamlığa vurduğu zərərin qarşısını almaq və azaltmaq üçün Aİ Ətraf Mühit Namninə proqramı ŞT ölkələrinə ətraf mühitin qiymətləndirilməsi sistemlərinin yaxşılaşdırılmasında yardım edir. Bu məqsədlə, Aİ Ətraf Mühit Naminə proqramının bu komponenti beynəlxalq tələblərə, yəni BMT-nin Avropa İqtisadi Komissiyasının Strateji Ekoloji Qiymətləndirilməyə dair Protokoluna, Transsərhəd Kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında Konvensiyaya (Espoo Konvensiyası) və Aİ-nin Strateji Ekoloji Qiymətləndirməsinə (SEQ) və Ətraf Mühitə Təsirin Qiymətləndirməsinə (ƏMTQ) tam şəkildə uyğun gəlmək üçün benefisiar ölkələrinin milli ətraf mühit çərçivələrini bir araya gətirməyi hədəfləyir. O, həmçinin ölkələri SEQ-nin və transsərhəd ƏMTQ-nin effektiv və sistemli şəkildə tətbiqi üçün kifayət qədər potensialın gücləndirilməsi işində dəstəkləyir.

Bu, daha məlumatlı, şəffaf, iştirakçı və hesabatlı qərar qəbuletmə, sektorlararası əməkdaşlıq, ictimai iştirakçılıq və maraqlı tərəflərin məsləhətləşməsini artırmaqla benefisiar ölkələrdə ətraf mühitin idarə olunmasının yaxşılaşdırılmasına töhfə verəcəkdir. Yaşıl iqtisadiyyat hədəfləri, dayanıqlılıq məsələləri və iqlim dəyişikliyi aspektləri strateji və ərazi planlaşdırmasına, layihənin işlənib hazırlanmasına və aidiyyəti qərar qəbuletmə proseslərinə daxil edildikcə, SEQ-nin və transsərhəd ƏMTQ-nin daha effektiv və sistematik tətbiqi ölkələrə öz iqtisadi inkişafının ətraf mühitə və sağlamlığa olan təsirinin qarşısını almağa və ya azaltmağa imkan verəcəkdir. Nəhayət, iqtisadi və regional inkişafın ətraf mühitə təsirinin qiymətləndirilməsində transsərhəd və regional əməkdaşlıq təşviq ediləcəkdir.

Bu iş UNECE tərəfindən həyata keçirilir.

Xəbərlər

Əlavə materiallar

Xəbərlər bülleteni

Aylıq xəbərlər bülletenimizə abunə olmaqla ən son xəbərlərimiz, hesabatlarımız və təhlillərimiz barədə məlumatlı olun.

Abunə olun