Belarus
Təsviri
Belarus Hökuməti 2004-cü ildən bəri yaşıl iqtisadiyyata doğru irəliləməkdədir. O, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyatın tətbiqi, davamlı istehlak və istehsala yönəlmiş “2030-cu ilədək Dayanıqlı Sosial-İqtisadi İnkişaf Strategiyası” sənədini hazırlamışdır. 2016-cı ilin dekabrında qəbul edilmiş Yaşıl İqtisadiyyat üzrə Milli Tədbirlər Planı üzvi kənd təsərrüfatı sektorunun inkişafını artırmağı; enerjiyə qənaət edən tikintinin və bərpa olunan enerjinin inkişafını təşviq etməyi və tənzimləməyi; dövlət satınalmaları qanununu yenidən nəzərdən keçirməklə “yaşıl” dövlət xərclərini təşviq etməyi; ekoturizmi stimullaşdırmağı; dayanıqlı inkişaf üçün ictimai iştirakçılığı və təhsili təbliğ etməyi hədəfləyir.
Aİ Ətraf Mühit Naminə Belarusa, yaşıl iqtisadiyyata dair milli siyasi dialoqların aparılmasında, Strateji Ekoloji Qiymətləndirmə (SEQ) və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) üzrə qanunların yekunlaşdırılmasında, təlim məşğələlərinin keçirilməsində, KOM-ların fəaliyyətlərinə Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalın (RSDTİ) tətbiq edilməsində, Yaşıl Məhsullar üçün Vahid Bazar (YMVB) imkanlarının və faydalarının müəyyənləşdirilməsində, yaşıl iqtisadiyyat üçün siyasətin hazırlanmasında, eko-innovasiyaya töhfə verilməsində, müəssisələr üçün yaşıl tənzimləmələrin və uyğunluq təminatının gücləndirilməsində, köməklik edir.