Təsviri

Gürcüstanda yaşıl iqtisadiyyatın inkişafı hökumət tərəfindən fəal şəkildə dəstəklənir. Ölkə 2014-cü ildə yaşıl inkişafın təşviq edilməsini əsas hədəflərindən biri kimi qəbul edən “Gürcüstan 2020” inkişaf strategiyasını təsdiqləmişdir. O, həmçinin 2016-cı ildə Yaşıl İnkişaf Siyasəti Sənədini hazırlamışdır. 2014-cü ildə Gürcüstan və Avropa İttifaqı 2016-cı ildə qüvvəyə minən Birlik Sazişini imzalamışdır. O, dayanıqlı inkişaf və ətraf mühitlə bağlı hədəfləri ehtiva edir. Ölkə, həmçinin Gürcüstanın Aİ-nin daxili bazarına tədricən iqtisadi inteqrasiyasına nail olmaq üçün imzaladığı Dərin və Hərtərəfli Azad Ticarət Zonası vasitəsilə güzəştli ticarət rejimini tətbiq edir.

Aİ Ətraf Mühit Naminə, Gürcüstanın yaşıl iqtisadiyyata dair milli siyasi dialoqlarının aparılmasında, Strateji Ekoloji Qiymətləndirilmə (SEQ) və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) qanunları üzrə əlavə islahatların aparılmasında, KOM-larda Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) təcrübələrinin tətbiqinin təşviq edilməsində, Dayanıqlı Dövlət Satınalmaları (DDS) və eko-etiketləmə siyasətlərini yaratmaq üçün məsləhət xidmətlərinin göstərməsində, tullantıların idarə olunması strategiyasının işlənib hazırlanmasında, siyasi islahat üçün prioritet ekoloji sektorların müəyyən edilməsində, dövlətin ətraf mühit xərclərinin idarə edilməsinin dəstəklənməsində, KOM-larda yaşıl innovasiyaların tətbiq edilməsində, Genişləndirilmiş İstehsalçı Məsuliyyəti sxemlərinin yaradılması üçün potensialın gücləndirməsində, uyğunluq təminatının təşviq edilməsində, təkmilləşdirilmiş ətraf mühitin idarə edilməsi üçün dövlət qurumlarının inzibati potensialının qiymətləndirilməsində və Yaşıl İnkişaf Göstəricilərinin (YİG-lər) işlənib hazırlanmasında köməklik göstərir.

Əlavə materiallar

See more

Xəbərlər bülleteni

Keep up to date with our latest news, reports and analysis by subscribing to our monthly newsletter.

Abunə olun