Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal
Təsviri
Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) material, su və enerjidən istifadə edən proseslərə, məhsullara və xidmətlərə münasibətdə qabaqlayıcı ekoloji strategiyaların davamlı tətbiqinə, onların məhsuldarlığının və beləliklə də, rəqabət qabiliyyətlərinin artırılmasına istinad edir. Onun tətbiqi, çirklənmə və tullantıların miqdarının minimuma endirilməsinə gətirib çıxarır, insanlar və ətraf mühit üçün təhlükə və riskləri azaldır. Aİ Ətraf Mühit Namninə, RSDTİ metodları, tətbiqləri və ixtisaslaşdırılmış resurs səmərəliliyi mövzularında milli mütəxəssisləri müəyyənləşdirməyi, hazırlamağı və təlim keçməyi hədəfləyir. O, Kiçik və Orta Müəssisələr (KOM-lar), dövlət qurumları və vətəndaş cəmiyyəti arasında məlumatlılığı artıracaq və Dövri İqtisadiyyat təcrübələri və faydalarının milli və regional səviyyədə başa düşülməsini yaxşılaşdıracaqdır. Beləliklə, bu təcrübələr istehsal sənayesində RSDTİ-ni tətbiq etməklə artan resurs məhsuldarlığına və ekoloji göstəriciyə gətirib çıxarır.
Eko-sənaye parklarının(ESP-lərin) qabaqcıl təcrübələrinin təşviqi mövcud sənaye parklarında və xüsusi iqtisadi zonalarda həyata keçiriləcəkdir. Proqram, sənaye parklarının və zonalarının inkişaf etmiş idarəetmə və ümumi istifadə obyektləri vasitəsilə təklif etdikləri imkanlardan yararlanmağa çalışır. Tullantıların və resursların park səviyyəsində mübadiləsi və idarə olunması və daha geniş material mənbələrindən, infrastrukturdan və təkrar istifadə variantlarından istifadə etməklə, ESP-lər dövri iqtisadiyyata əhəmiyyətli dərəcədə kömək edirlər. ESP-lərdə, yerli sənayelərə həmçinin sənaye simbiozindən yararlanmaqla material, məhsul və sudan təkrar istifadə üçün həll yolları təklif olunur. Bu yanaşma tərəfdaş ölkələrə yaşıl iqtisadiyyatın inkişafında irəliləmələrinə və təbii sərvətləri qorumağa və vətəndaşlarının ekoloji rifahını yaxşılaşdırmağa imkan verir.
RSDTİ yanaşması sənayenin, tullantıların qarşısının alınmasını ilk növbədə təşviq edən dövri iqtisadiyyata doğru irəliləməsini asanlaşdırmağı hədəfləyir və müəssisələri qalıqları məhsulun dəyər zəncirinə yenidən daxil etməklə onlardan yenidən istifadə etməyə və ya qiymətləndirməyə hazırlayır. Bu məqsədlə, sənaye tullantılarının xəritələnməsi, resursların dəyərini saxlamağa kömək edən və tullantı halına gəlməsinin qarşısını alan alət olaraq tətbiq olunur. Sənaye tullantılarının xəritələnməsi istehsal şirkətləri tərəfindən yaranan tullantıları qiymətləndirir, müvafiq tullantıların idarə olunması xidmətlərini dəyərləndirir və yenidən istehsal, təkrar emal, sənaye simbiozi və digər resurs dövriyyələrini bağlamaq üçün digər bərpa strategiyaları kimi dövri iqtisadi təcrübələri tətbiq etmək imkanlarını müəyyənləşdirir. Bu nəticə çərçivəsində, biznes imkanları və sənaye tullantılarının idarə olunması planları ilə bağlı tövsiyələr hazırlanır və təşviq olunur.
Bu iş BMT-nin Sənaye İnkişafı Təşkilatı tərəfindən həyata keçirilir.