Yaşıl iqtisadiyyat siyasətləri
Təsviri
Yaşıl iqtisadiyyatlara keçid, maraqlı tərəflərin qarşılıqlı əlaqələrini və qərar qəbuletmə mexanizmlərini ekoloji imperativlərə uyğunlaşdırmağı tələb edir. Aİ-nin maliyyələşdirdiyi əvvəlki EaP GREEN layihəsinin nailiyyətlərinə əsaslanaraq Aİ Ətraf Mühit Naminə, dövlət sektorunda çalışan şəxslər üçün ətraf mühit siyasətinin işlənib hazırlanması və təhlili mövzusunda genişmiqyaslı təlimlər keçir, eyni zamanda yaşıl iqtisadiyyat məsələləri ilə bağlı nəticəyönümlü, nazirliklərarası dialoqa dəstək verir.
EU OPEN proqramının əvvəlki kampaniyalarına əsaslanaraq və ŞT Vətəndaş Cəmiyyəti Forumu ilə əməkdaşlıq etməklə Aİ Ətraf Mühit Naminə, hökumətləri, elmi dairələri və vətəndaş cəmiyyətini davamlı həyat tərzini təkmilləşdirməyə və tətbiq etməyə kömək edən təhsil proqramları və ictimai məlumatlandırma kampaniyalarını inkişaf etdirməyə cəlb edir.
Aİ Ətraf Mühit Naminə, islahatlara, yeni siyasət alətlərinin tətbiqinə və tərəfdaş ölkələrdə yaşıl iqtisadiyyata keçid üçün prioritet sayılan sektorların transformasiyasını dəstəkləyən hüquqi dəyişikliklərə yardım edir. Proqram, həmçinin makroiqtisadi islahatlarla əlaqələrin müəyyənləşdirilməsinə və Avropa İttifaqından əldə olunan müvafiq təcrübələrin tətbiqinə kömək edir.
Bu iş BMT-nin Ətraf mühit Proqramı tərəfindən həyata keçirilir.