Azərbaycan
Təsviri
2016-cı ildə Azərbaycan islahatlar və dayanıqlı inkişaf üçün orta və uzunmüddətli hədəfləri olan milli iqtisadiyyatın və 11 əsas sektorun inkişafı üçün strateji yol xəritəsinin icrasına başlamışdır. Azərbaycanın “Azərbaycan 2020: Gələcəyə Baxış” ümumi siyasət sənədi ətraf mühit problemlərini iqtisadi inkişafa inteqrasiya etmək, ətraf mühitin çirklənməsini minimuma endirmək və ətraf mühitin qorunmasını, təbii ehtiyatlardan səmərəli istifadəni, bərpa olunan enerji mənbələrindən istifadəni və enerji səmərəliliyinə nail olmağı hədəfləyir.
Aİ Ətraf Mühit Naminə, Azərbaycana yaşıl investisiya strategiyalarının hazırlanmasında, Strateji Ekoloji Qiymətləndirmə (SEQ) və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) üzrə qanunların yekunlaşdırılmasında, tənzimləyici rejimlərdə islahatların aparılmasında, uyğunluq təminatının təşviq edilməsində, yaşıl maliyyə və investisiyalarla bağlı siyasət dialoqlarının artırılmasında, dövlətin ətraf mühit xərclərinin idarə edilməsinin dəstəklənməsində, inzibati potensialının qiymətləndirilməsində və Yaşıl İnkişaf Göstəricilərinin (YİG-lər) işlənib hazırlanmasında köməklik göstərir.