Davamlı meşə təsərrüfatı və ağac ticarəti
Təsviri
Meşələrin və təbii ehtiyatların uzunmüddətli inkişafı və davamlı istifadəsi yaxşı planlaşdırılan və proqnozlaşdırılan maliyyələşdirmə tələb edir. Bu maliyyələşdirmə həm yerli, həm də xarici dövlət və özəl mənbələrdən edilə bilər. Proqram Şərq Tərəfdaşlığı ölkələrini meşələrin və ekosistem xidmətlərinin davamlı idarə olunması üçün innovative maliyyələşdirmə sxemlərinin müəyyənləşdirilməsi işində dəstəkləyir. Ölkələr, yaşıl maliyyə alətləri sahəsində regional və beynəlxalq təcrübəni bölüşməklə və təbii sərvətlərlə bağlı iqtisadiyyat və ekoloji xidmətlər üçün ödənişlər üzərində çalışan tədqiqatçılar və mütəxəssislərlə əməkdaşlıq etməklə dəstəklənəcəklər. Meşə sektoru ilə bağlı yaşıl maliyyə alətləri barədə məlumatlılığı artırmaq üçün də dəstək göstəriləcəkdir.
Bu iş Dünya Bankı tərəfindən həyata keçirilir.