Təsviri

Son on ildə Moldova Respublikasında (bundan sonra – Moldova) yaşıl inkişaf hədəflərinə çatmaq üçün irəliləyiş əldə edilmişdir. 2020-ci il üçün Milli İnkişaf Strategiyası və digər strateji sənədlər (2014-23-cü illər üçün Ətraf Mühit Strategiyası, 2008-15-ci illərdə Kənd Təsərrüfatının Dayanıqlı İnkişafı Strategiyası) yaşıl iqtisadiyyat hədəflərini ehtiva edir. 2015-ci ildə hökumətin yaşıl iqtisadi inkişafa yönəlmiş səylərini istiqamətləndirmək üçün Yaşıl İqtisadiyyatın Təşviqinə dair Milli Proqramın icrasına başlanmışdır.

Moldova iqtisadiyyatının yaşıllaşdırılması istiqamətindəki səylər, Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat üzrə nazirliklərarası İşçi Qrupunun yaradılması və 2018- 2020-ci illər üçün qısa və orta müddətli tədbirləri və 2014-2023-cü illər üçün Ətraf Mühit Strategiyasını əks etdirən Yaşıl İqtisadiyyata dair Yol Xəritəsinin hazırlanması ilə gücləndirilmişdir. 2014-cü ildə Aİ ilə struktur islahatlarını aktivləşdirmək və qanunvericiliyini Aİ-nin qanunvericilikaktlarına uyğunlaşdırmaq üçün Birlik Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DHATS) imzalanmışdır.

Aİ Ətraf Mühit Naminə Moldovaya, yaşıl investisiya strategiyalarının hazırlanmasında, Strateji Ekoloji Qiymətləndirmə (SEQ) və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) üzrə qanunların yekunlaşdırılmasında, KOM-ların fəaliyyətlərinə Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalın (RSDTİ) tətbiq edilməsində, Dayanıqlı Dövlət Satınalmalarının (DDS) qiymətləndirilməsində və eko-etiketlənmədə, tullantıların idarə olunması strategiyasının hazırlanmasında, yaşıl innovasiyaya töhfə verilməsində, müəssisələr üçün yaşıl tənzimləmələrin və uyğunluq təminatının gücləndirilməsində, dövlətin ətraf mühit xərclərinin idarə edilməsinin dəstəklənməsində, KOM-ların yaşıllaşdırılmasında, inzibati potensialının qiymətləndirilməsində və Yaşıl İnkişaf Göstəricilərinin (YİG-lər) işlənib hazırlanmasında köməklik göstərir.

Əlavə materiallar

Daha çox Gör

Xəbərlər bülleteni

Aylıq xəbərlər bülletenimizə abunə olmaqla ən son xəbərlərimiz, hesabatlarımız və təhlillərimiz barədə məlumatlı olun.

Abunə olun