Yaşıl investisiya və maliyyələşdirmə
Təsviri
Hökumətlər, xüsusi yaşıl sektorların investisiyaya olan ehtiyaclarını və görüləcək tədbirləri qiymətləndirməkdə köməyə ehtiyac duyurlar. Aİ Ətraf Mühit Naminə proqramı tərəfdaş ölkələrə yaşıl investisiya ehtiyaclarını və imkanlarını, eləcə də dövlət və özəl maliyyələşdirmə mənbələrini müəyyənləşdirməyə kömək edir.
Aİ Ətraf Mühit Naminə yaşıl istiqrazlarla bağlı yeni layihəyə start vermişdir. Yaşıl istiqrazlardan, aşağı karbonlu və iqlim dəyişikliyinə davamlı olan iqtisadiyyata keçid üçün əlavə resursları toplamaq məqsədilə istifadə edilə bilər ki, bu da yaşıl investisiyalar üçün əhəmiyyətli maliyyə mənbəyi olacaqdır. Yaşıl və iqlimə uyğun istiqrazlar adi istiqrazlara bənzəyir, lakin gəlirləri açıq şəkildə yaşıl investisiyalar üçün ayrılır: təmiz / bərpa olunan enerji mənbələri, enerjiyə qənaət, hava, su və torpaq çirklənməsinin azaldılması, təkrar emal və tullantıların idarə olunması və təmiz nəqliyyat.
EaP GREEN əsasında başladılan Aİ Ətraf Mühit Naminə proqramı enerji subsidiyası islahatlarını dəstəkləməyə davam edəcəkdir. İş əsas diqqətini, “ŞT ölkələrində enerji subsidiyalarının İnventarlaşdırılması”nın yenilənməsinə və bu ölkələrin İƏİT / BEA-nın Fosil Yanacağına Dövlət Dəstəyi üzrə məlumat bazasına daxil edilməsinə; seçilmiş ölkələrdə seçilmiş əsas fosil yanacağı üçün subsidiya sxemlərinə dəyişiklik edilməsinə və bu cür dəyişikliklərin ətraf mühit, maliyyə və sosial təsirlərinin sonrakı təhlilinə; “gizli” enerji subsidiyalarının şəffaflığını artırmağa kömək edəcək vergi xərcləri hesabatı metodologiyasının işlənib hazırlanmasına yönəldir.
Aİ Ətraf Mühit Naminə proqramı dövlət xərclərini də yaşıllaşdırmaq üzərində işləyir. O, vətəndaşlarının ümumi rifahının yüksəldilməsi məqsədilə milli ekoloji və iqlimlə bağlı hədəflərə çatmaq üçün dövlət resurslarından səmərəli istifadə etməkdə ölkələrə kömək edir. Dəstək, dövlət qurumlarının milli ortamüddətli xərclər çərçivəsində (OMXÇ-lər) yaşıl dövlət xərcləri proqramlarının işlənib hazırlanması və maliyyələşdirilməsində potensialın gücləndirilməsinə yönəlir. Bu cür proqramlar ictimai dəstək uğrunda rəqabət aparmaq və daha yaşıl və davamlı inkişaf yoluna başlamaq üçün vəsaitlərdən istifadə etmək məqsədilə işlənib hazırlanır.
Dövlət xərcləri, ətraf mühitin qorunması məqsədləri üçün bərabər şəraitin yaradılması səylərinin vacib hissələrini təşkil edir. Bu kontekstdə, Aİ Ətraf Mühit Naminə proqramı Moldovanın Kənd Təsərrüfatı, Regional İnkişaf və Ətraf Mühit Nazirliyinə Milli Ekoloji Fondun cari fəaliyyətinin nəzərdən keçirilməsində və təşkilində dəstək olur və onun idarə edilməsinin gücləndirilməsinə kömək edir.
Bu iş BMT-nin Ətraf mühit Proqramı və İƏİT tərəfindən həyata keçirilir.