Haqqında
Bir baxış
Proqramın adı: | “Avropa İttifaqı Ətraf Mühit Naminə” (EU4Environment) Fəaliyyəti |
Məqsədi: | To help the six partner countries preserve their natural capital and increase people’s environmental well-being, by supporting environment-related action, demonstrating and unlocking opportunities for greener growth, and setting mechanisms to better manage environmental risks and impacts. |
Tərəfdaş ölkələr: | Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası, Ukrayna |
Müddəti: | 2019-2024 |
Büdcə: | Təxminən 20 milyon Avro (Aİ-nin töhfəsi: 19.5 milyon Avro) |
İcraçı tərəfdaşlar: | İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), BMT-nin Ətraf mühit Proqramı, BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Dünya Bankı |
Ümumi istiqamət: | Avropa Komissiyası. EU4Environment layihəsi Aİ Təşəbbüsünün bir hissəsidir . |
Kontekst
EU4En Environment layihəsi Şərq Tərəfdaşlığı Zirvə toplantısının 10-cu ildönümünün əhəmiyyətli siyasi konteksti kimi irəli sürülmüş, “2020-ci il üçün 20 məqsədə” doğru irəliləyişi göstərmiş və Aİ-nin, Avropa seçkilərindən sonra ətraf mühitin qorunması hədəflərinə olan dəstəyini gücləndirmişdir. Onun tətbiqi həm də ŞT ölkələrindəki siyasi mühitlə bağlı olmuşdur. Buraya hökumətin yenidən qurulması və ya Parlament seçkiləri nəticəsində Ermənistan, Gürcüstan, Moldova və Ukraynada baş verən mühüm siyasi və institusional dəyişikliklər daxildir. EU4Environment layihəsinin Hazırlıq və İlkin Mərhələsi (2019-cu ilin yanvar-oktyabr ayları) Fəaliyyətin vaxtında, müvafiq və son dərəcə zəruri olduğunu göstərdi.
Ekoloji və iqtisadi iştirakçıları bir araya gətirməklə, “EU4Environment” layihəsi siyasət və qanunvericilikdə dəyişikliklərin edilməsinə, yaşıllaşdırma ilə bağlı planların qurulub investisiyaların yatırılmasına, innovativ texnologiyaların qəbulunun situmullarşdırılmasına, yeni biznes modellərinin qəbuluna, “yaşıl” iş yerlərinin yaradılmaısna kömək edir. Bu layihə, eyni zamanda, daha yaxşı idarəetməni, mühafizə olunan ərazilərin, meşələrin və davamlı ticarətin təkmilləşdirilmiş idarəetmə sistemini təşviq edir. Bu Fəaliyyətin əhatə dairəsi bütün tərəfdaş ölkələrlə əməkdaşlıq etməklə müəyyən edilmişdir.
Bu Fəaliyyət Şərq Qonşuluğunda Yaşıl İqtisadiyyat (EaP GREEN), Meşə Qanunvericiliyinin Tətbiqinin Təmin olunması və İdarə edilməsi (FLEG), və Zümrüd Şəbəkəsi, (2017-2018-ci ildə başa çatdırılıblar) kimi əvvəlki əməkdaşlıq proqramlarının mühüm nailiyyətlərinə əsaslanır. O, Aİ-nin maliyyələşdirdiyi digər təşəbbüslərlə (EU4Climate, EU4Business, EU4Energy, SIGMA) qarşılıqlı fəaliyyəti, Avropa İttifaqı Nümayəndəlikləri ilə əməldaşlığı və vətəndaş cəmiyyətinin iştirakını təmin edəcəkdir.

Məqsəd və struktur
“Avropa İttifaqı Ətraf Mühit Naminə” (EU4Environment) Fəaliyyəti, “Nəticələr” adlanan beş tematik sahə / iş qrupu ətrafında qurulub:- Daha yaşıl qərar qəbuletmə;
- Dövri iqtisadiyyat və yeni inkişaf imkanları;
- Ətraf mühit baxımından bərabər şərait;
- Ekosistem xidmətləri və gəlir mənbələri;
- Regional bilik mübadiləsi və əlaqələndirmə.